“Səyyar Nar” layihəsinə start verildi
Ölkədə yayılmış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olaraq "Nar", abunəçilərinin evdən çıxmadan zəruri xidmətləri ala bilməsi üçün “Səyyar Nar” layihəsinə start verib.
Xidmət sayəsində Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən lazımı əməliyyatları birbaşa ünvanlarında əldə edə biləcəklər. Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də duplikat və nömrə bərpası əməliyyatları üçün “Səyyar Nar”a müraciət edə bilərlər.
Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 ‘Çağrı mərkəzi’ və mobil operatorun rəsmi sosial media səhifələri üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir. Xatırladaq ki, abunəçilər tarif dəyişmə, balans artımı, internet paketlərinin aktivləşdirilməsi, izahlı qaimə və bir çox digər mühüm sorğularını "Nar+" tətbiqi vasitəsilə yerinə yetirə bilərlər.
"Nar" hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl edərək zərurət olmadığı təqdirdə evdən çıxmamağa və koronavirusla mübarizə üçün imkanları səfərbər etməyə çağırır.
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...