Jalə Əhmədova: "Tibbi maska qıtlığı tezliklə həllini tapacaq"
"Koronavirusun qarşısının alınmasının yeganə yolu evdə qalmaqdır. Lakin insanlarımızda bu mövzuda bir qədər aqressiya yaranıb. Sanki problemin mahiyyətini və dərinliyini dərk etmirlər. Evdə qalmaq niyə bu qədər israrla tələb olunur, anlamırlar".
Bu sözləri millət vəkili Jalə Əhmədova deyib. O bildirib ki, bəzi səlahiyyətli şəxslər də vəziyyəti insanlara aqressiv şəkildə çatdırırlar:
"Hesab edirəm ki, insanlara detallı şəkildə izah etmək lazımdır ki, bu, onların sağlamlıqları üçündür. "Evdə qal" kampaniyasının məqsədi ondan ibarətdir ki, yoluxub xəstəliyini hələ aşkar edə bilməyənlər, küçədə, ictimai nəqliyyat vasitələrində, ictimai məkanlarda digər insanları yoluxdurmasınlar. Evdə qaldıqları müddətdə xəstəlik aşkar edilsə, təhlükə daha az olar və xəstələr dərhal nəzarət altına götürülər".
Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən tibbi maska qıtlığının insanlar arasında ciddi narahatlıq yaratdığını da qeyd edən millət vəkili bildirib ki, bu məsələ də tezliklə öz həllini tapacaq:
“Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqət göstərən İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub. Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Bakı Tekstil Fabriki” MMC-nin yaratdığı tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Vətəndaşları ciddi narahat edən bu məsələnin qısa vaxtda həll olunması çox sevindiricidir və bir millət vəkili kimi dövlət başçımıza təşəkkürümü bildirirəm".(Redaktor)
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...