AİJF idman mediası üçün Hökumətə müraciət etdi
Son vaxtlar bütün dünyanı bürüyən koronavirus pandemiyası səbəbi ilə dövlətimiz öz vətəndaşlarını qorumaq üçün bir sıra mühüm addımlar atmaqdadır. Bu tədbirlər arasında şübhəsiz ən önəmlisi karantin rejiminin tətbiqidir. Karantin müddətində ölkəmizdə, eləcə də dünyada bütün idman yarışlarının ləğvi və təxirə salınması idmanı işıqlandıran media qurumlarının da işini çətinləşdirib.
Buna görə də, Azərbaycan İdman Jurnalistləri Federasiyası məsələ ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məktubla müraciət edib. Baş nazirə ünvanlanan məktubda qeyd edilib ki, hazırda kütləvi oxucu auditoriyasını itirən idman mediası maliyyə çətinliyi ilə üzləşməkdədir. Əməkdaşların əmək haqqını ödəməkdə çətinlik çəkən idman qəzetləri və saytlarının bu çətin dövrdə fəaliyyətini davam etdirməsi üçün Hökumətin dəstəyinə ehtiyac var.
Federasiyanın prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev müraciətə müsbət cavab veriləcəyinə ümidvar olduğunu qeyd edib. Bildirib ki, Hökumət karantin dövründə idman mediasını DSMF ödənişləri və vergilərdən azad etməklə bu sahəyə dəstək ola bilər. Buna görə də, 1 aprel 2020-ci il tarixdən idman yarışları bərpa edilənədək, ölkədə fəaliyyət göstərən idman KİV-lərinin DSMF ödənişləri və vergilərdən azad edilməsi məsələsinə baxılması Nazirlər Kabinetindən xahiş olunub.
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...