“”Şef” nə zaman desə, virus o zaman bitəcək” – İlginc iddia

15:39 11-04-2020 | icon 3684
“”Şef” nə zaman desə, virus o zaman bitəcək” – İlginc iddia

Türkiyəli tanınmış strategiya mütəxəssisi Abdullah Çiftçi televiziyada çıxış edərkən dünyanı sarsıdan koronavirus haqqında ilginc iddia səsləndirib.

 

 

“BəyazTV” ekranında koronavirusun yayılması səbəbləri ilə bağlı yayılan versiyalara birini də o əlavə edib.

 

 

“Bu işdə "orkestrin şefi" Bill Qeytsdir. O nə zaman deyərsə, virus o zaman bitəcəkdir” deyən konsproloq A. Çiftçi açıqlamasında dünyanın ən zəngin adamı, Microsoftun yaradıcısı haqqında sensasiyalı fikirlərə yer verib:

 

 

“Burada "orkestrin şefi" Bill Qeytsdir. O nə zaman deyərsə, virus o zaman bitəcək. Bundan əlavə, vaksin, dərman, mutasiya da ola bilər… İndi hər kəs bunu danışır. Virus ilk ortaya çıxanda hamı bunun ABŞ tərəfindən edildiyini söyləyirdi. Mən isə bunun bir dövlət tərəfindən edilmədiyini deyirdim. Ancaq indi bir zəka tərəfindən bütün ölkələrə elektron bir əməliyat həyata keçirilir. Hər şey onlayn yerinə yetirilir. Məsələn, kağız pulları aradan qaldırmaq istəyən bir qrup vardı. Görürsünüz ki, indi hər şeyi internet üzərindən icra edirlər. Bill Qeytsin çalışmalarını da qeyd etmişdik. O, bir az əvvəl elektron pasportlar, elektron vaksin və dünya əhalisinin azaldılmasını təklif edən adamdır”.

 

 

Qeyd edək ki, B. Qeytsin adının koronavirusla bağlı hallandırılması təkcə bu iddialarla yekunlaşmır.

 

Hələ martın ortalarında COVİD-19-la bağlı çıxışlarında Bill Qeytsin bir sıra açıqlamaları onun barəsində belə düşüncələrin yayılmasına təkan vermişdi.

 

Onun “Əgər virus Afrikaya çatarsa, 10 milyon insan ölə bilər” sözlərindən bir gün sonra koronavirus ilk olaraq Afrika ölkəsi Misirdə ortaya çıxmışdı.

 

Dünyanın ən zəngin adamının digər açıqlaması virusun vaksininin tapılması tarixi ilə bağlı olmuşdu. B. Qeyts koronavirusun vaksininin ən azı 18 ayda əldə edilməsinin mümkün olacağını demişdi.

 

Bundan başqa, Çində koronavirusun yayıldığı iddia edilən laboratoriyanın da Qeyts ailəsinə mənsub olması haqqında faktlar məlumdur.(moderator)


Digər xəbərlər

0.28335809707642