İcazəsi olan jurnalistlərin siyahısı Operativ Qərargaha təqdim edildi
Mətbuat Şurasının (MŞ) Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığı müzakirələr nəticəsində əmək müqaviləsi olmayan, xidməti müqavilə ilə frilans kimi çalışan jurnalistlərin sərbəst fəaliyyətlərinə icazə verilməsi barədə razılıq əldə edilib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şuraya bununla bağlı müraciət edən kütləvi informasiya vasitələri və jurnalistlərin siyahısı Operativ Qərargaha təqdim olunub.
Qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilən istiqamətlər sırasında kütləvi informasiya vasitələri də yer alıb:
“Bununla belə MŞ-yə mövcud istiqamətdəki sui-istifadələr barədə məlumatlar daxil olur. Belə hallar Şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən diqqətdə saxlanılır.
Eyni zamanda real jurnalistlik fəaliyyəti ilə məşğul olan elə jurnalistlər də var ki, əmək müqaviləsi ilə çalışmadıqlarından problemlərlə üzləşirdilər. MŞ belə halların da nəzərə alınmasının tərəfdarıdır və qurumun Operativ Qərargahla əldə etdiyi razılıq bundan irəli gəlir.
Mətbuat Şurası bir daha bildirir ki, jurnalistika, fəaliyyəti cəmiyyət üçün zəruri sahə olduğundan, media təmsilçilərinin iş sərbəstliyinə icazə verilib. Ancaq bu o demək deyil ki, sərbəstlik tam məhdudiyyətsizlik kimi başa düşülsün. Ümumən karantin rejimində müəyyənləşdirilmiş tələb və tövsiyələrə əməl olunması şərtdir. “Evdə qal” prinsipinə riayət mütləqdir. Jurnalistlər, əgər bunun üçün imkanları varsa, mümkün qədər öz yaşayış yerlərində fəaliyyətlərini davam etdirməlidirlər. KİV rəhbərlərinin məsələyə həssas yanaşmaları tövsiyə olunur. Nəzərə alınmalıdır ki, bayırda, insanlarla daha çox təmas infeksiyaya yoluxma riskini artırır”.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...