Dərslər nə vaxt davam edəcək? - Nazirdən açıqlama

04:04 15-04-2020 | icon 2718
Dərslər nə vaxt davam edəcək? - Nazirdən açıqlama

Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində tədrisin nə vaxt davam etdiriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazir AzTV-də yayımlanan “Hədəf” verilişində bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarından sonra ictimaiyyətə açıqlama veriləcəyini deyib:

“Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycanda ilk koronavirus halı aşkar edildikdən cəmi bir neçə gün sonra - mart ayının 3-də tədris prosesinin bütün təhsil müəssisələrində dayandırılması barədə qərar qəbul edildi.

 

Nazirlər Kabineti yanında Operativ Qərargah bütün riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək və bu müddətin uzadılması barədə qərar qəbul edilərsə, bu həftə ərzində Azərbaycan ictimaiyyətinə məlumat veriləcək”.

 

 


Digər xəbərlər

0.28537201881409