“Region gəncləri: yeni reallıqlar və imkanlar” mövzusunda onlayn müşavirə keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzi region nümayəndəliklərinin rəhbərləri ilə “Region gəncləri: yeni reallıqlar və imkanlar” mövzusunda onlayn müşavirə keçirib.
Mərkəzdən bildiriblər ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən zəruri sosial izolyasiya tədbirləri şəraitində region gənclərinin təhsil, özünüinkişaf və ünsiyyət baxımından qarşılaşdıqları müvəqqəti çətinliklərin alternativ yollarla aradan qaldırılması, bu baxımdan vaxtdan və müasir informasiya texnologiyalarından səmərəli istifadə və bununla əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzi nümayəndəliklərinin görə biləcəyi işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müşavirədə region nümayəndəliklərinin rəhbərləri ilə məhz bu dövrdə görülən işlər, yaranan çətinliklər və mövcud vəziyyət müzakirə edilməklə yanaşı, gənclərin maraq dairələrinin və ehtiyaclarının regionlar üzrə müəyyənləşdirilməsi və dəyərləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirədə toxunulan əsas məsələlərdən biri də post-karantin dövrünə hazırlıq, gələcəkdə icra ediləcək layihələr, həyata keçiriləcək tədbirlər, seminarlar və təlimlər olub. Belə ki, gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən görülən tədbirləri dəstəklədiklərini, bu tədbirlər nəticəsində ölkəmizin tezliklə karantin dövrünü arxada qoyacağına əmin olduqlarını və həmin vəziyyətə artıq indidən hazır olmağın vacibliyini vurğulayıblar.
Sonda müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə konkret təkliflərin hazırlanması razılaşdırılıb.
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...