Akademik Musiqili Teatrda hazırlanan "Cehizsiz qız" tamaşasının online məşqləri keçirilir
Yaradıcılıq fəaliyyətlərini ölkəmizdəki mövcud karantin qaydalarının tələblərinə uyğun şəkildə həyata keçirən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi evdə qalsalar da işlərindən qalmırlar.
Bu dəfə teatrın rus bölməsinin aktyorları müəyyən məcburi fasilədən sonra böyük rus yazıçısı Aleksandr Nikolayeviç Ostrovskinin "Cehizsiz qız” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın virtual məşqlərində bir araya gəliblər.
Səhnə əsərinin quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlovanın iştirakıyla keçən videogörüşdə tamaşanın yaradıcı heyəti ilə bəzi müzakirələr aparılıb.
Heç bir virtual əlaqə canlı ünsiyyəti əvəz etməsə də yaranan fürsətdən səmərəli istifadə etdiklərinə görə aktyorlar məmnun görünürdülər.
Qeyd edək ki, maraqlı quruluşu ilə təkcə Akademik Musiqili Teatrda deyil, ölkəmizin teatr məkanında bir yenilik olacaq bu layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nərgiz Kərimova, Şövqi Hüseynov, Naidə Orucova, Almaz Ələsgərova, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Nadejda Povelitsina və başqaları əsas rollarda çıxış edəcəklər.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...