Bu siniflərdə tədris erkən bərpa olunacaq? - Nazirin müşavirindən açıqlama
Təhsil Nazirliyi doqquzuncu və 11-ci siniflərdə tədrisin daha erkən bərpası barədə yayılan məlumatlara münasibət bildirib.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov məsələ barədə danışarkən bildirib ki, doqquzuncu və 11-ci siniflərdə tədrisin daha erkən bərpa olunması onların buraxılış sinifləri olması ilə əlaqəlidir:
“Bəzi ölkələr də bu təcrübəni tətbiq edir. Bəzi ölkələrdə ilk olaraq ibtidai siniflərin dərsləri başlayır. Bu da o yaşda orada yoluxmanın az olması ilə əlaqədardır. Doqquzuncu və 11-ci siniflərdə tədrisin erkən bərpa olunması isə onların buraxılış sinifləri olması ilə əlaqədardır. Onları qarşıda buraxılış və qəbul imtahanları gözləyir”.
“Bizdə də nəzəri olaraq bu qərar verilə bilər. Digər ölkələrdə ümumtəhsil səviyyələri üzrə belə bölgülər var. Ən əsası, gigiyenik təhlükəsizliyi təmin edə bilməkdir”, - deyə müşavir qeyd edib.
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...
-
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI
...
-
“Azərbaycan Texnologiya Universiteti: uğurlar və hədəflər” - Fotolar
...
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...