Azərbaycanda orqan satışı - GİZLİ ÇƏKİLİŞ
Azərbaycanda böyrəyini pul müqabilində satan insanlar var.
BAKU.TV əməkdaşının internetdə rastına çıxdığı bu kimi elanlar bu araşdırmanın yaranmasına səbəb olub. Böyrəyini satanlar əsasən kişilərdir. Qiymətlər isə müxtəlifdir. 10 mindən 70-80 min manat arasında dəyişir.
Məsələyə hüququ tərəfdən baxanda könüllü şəkildə orqan satan şəxsi 3 il, məcburi qaydada, hədə-qorxu yolu ilə qorxudaraq orqan alan şəxsi 4 il azadlıqdan məhrum etmə cəzası gözləyir.
Böyrəyini satmaq istəyənlər hərəsi bir səbəbdən bunu etmək istəyir. Məsələn, 50 yaşlı Tahir adlı şəxs böyrəyini 50 min manata sataraq işlərinin bir qismini reallaşdırmaq istəyir.
Azərbaycanda orqanın alqı-satqı ilə həyata keçirilməsi qadağandır. Bu proses yalnız xeyriyyə məqsədilə reallaşa bilər. Sonda bir ürəkaçan məqamla reportajımızı bitiririk. Azərbaycanda böyrəyini xanıma verən bir gənc sonradan onunla ailə qurub. Bunu bizə 3 il əvvəl qızı üçün böyrək axtarmış ata deyib.
Daha ətraflı Baku TV-nin hazırladığı videomaterialdan izləyə bilərsiniz:
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...