Azərbaycanda koronavirusla bağlı son vəziyyət

01:00 02-05-2020 | icon 2428
Azərbaycanda koronavirusla bağlı son vəziyyət

TƏBİB Azərbaycanda koronavirusla bağlı mayın 1-nə olan statistik göstəriciləri açıqlayıb.

Bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 551 test edilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 146 630 test aparılıb.

 

Xatırladaq ki, bu gün Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 854 yoluxma aşkarlanıb. Onlardan 1 365-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 464-dür.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Digər xəbərlər

0.31396079063416