“Nazir və komitə sədri də həbs ediləcək“ - Siyavuş Novruzovdan ŞOK AÇIQLAMA
“Proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq. Onlardan da yüksək vəzifə tutan və dövlətçiliyə qarşı çıxan, eləcə də vətəndaşları incidən məmurlar var”.
Bu sözləri Biləsuvarın icra başçısının həbsinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib.
S. Novruzov mərkəzi icra hakimiyyətinin yuxarı eşalonunda vəzifə tutan və ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə qarşı çıxan bir sıra vəzifə sahiblərinin oldğunu bildirib. O, qeyd edib ki, bu sırada bəzi nazir və komitə sədrləri də var: “Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, eləcə də öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, eləcə də yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”. (Unikal.org)
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...