“Xaliq Faiqoğlu”nun rəhbəri Faiq Seyidov Prezidentə məktub göndərib

00:49 06-05-2020 | icon 2918
“Xaliq Faiqoğlu”nun rəhbəri Faiq Seyidov Prezidentə məktub göndərib

“Xaliq Faiqoğlu” şirkətinin təsisçisi və baş direktoru Faiq Seyidov Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Faiq Seyidov dövlət başçısına pandemiyaya qarşı qətiyyətli mövqeyinə, xalqın sağlamlığının qorunması məqsədilə həyata keçirilən tədbirlər və mövcud şəraitdə sahibkarlığa verilən dəstəyə görə minnətdarlıq edib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident!

 

Dünyanı bürüyən Covid-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşların sağlamlığının ən yüksək səviyyədə qorunması məqsədilə qəbul etdiyiniz mühüm qərarlar, atdığınız qətiyyətli addımlar nəticəsində bu gün ölkəmiz pandemiya ilə mübarizədə ən uğurlu ölkələr sırasındadır.

Pandemiya ilə mübarizə çərçivəsində bu gün xalqımız Sizin ətrafınızda sıx birləşərək milli həmrəylik nümayiş etdirir. Bu Azərbaycan xalqının Sizə olan böyük inamının təcəssümüdür. Təsisçisi olduğum ”Xaliq Faiqoğlu” şirkəti xüsusi karantin rejimi dövründə qəbul edilmiş müvafiq tapşırıqları layiqincə yerinə yetirməyə çalışmışdır. 

Möhtərəm Zati-aliləri!

Qürur hissi ilə bildirmək istərdim ki, ”Xaliq Faiqoğlu” şirkəti pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri üçün tərəfinizdən qəbul edilmiş güzəştlərdən faydalanan şirkətlərdən biridir. Belə ki, şirkətin 700 nəfərə yaxın işçi heyətinin əməkhaqqı fondu dövlət tərəfindən ayrılan maddi dəstəklə təmin olunmuşdur. Qəbul edilən qərarların yüksək səviyyədə icrasını təmin etdiyi üçün İqtisadiyyat Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini də xüsusi vurğulamaq istərdim. Bu çətin gündə göstərdiyiniz misilsiz dəstəyə, biz sahibkarlara verdiyiniz dəyərə görə şəxsən öz adımdan və kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk. 

Sizə möhkəm can sağlığı, yorulmaz və müqəddəs işinizdə uğurlar arzulayıram. Biz birlikdə güclüyük!


Digər xəbərlər

0.22706985473633