Peyvənd tapılmasa, “Eurovision-2021” də keçirilməyəcək
Niderland “Eurovision- 2021” mahnı müsabiqəsində iştirakdan imtina etmək niyyətindədir. Ölkə rəhbərliyinin məlumatına əsasən, yarışmanı gələn il Rotterdam şəhərində keçirmək mümkün olmaya bilər.
Buna səbəb Niderlandda əhalinin sıx olduğu məkanlar: konsertlər və idman yarışlarının peyvənd tapılanadək təxirə salınmasıdır. Qeyd olunub ki, bu səbəbdən “Eurovision”un keçirilməsi barədə də qəti qərar verilməyib.
Alimlərin açıqlamalarına görə, peyvəndin hazırlanması üçün ən azı 18 ay lazımdır. Beləliklə, ya müsabiqə Rotterdamda tamaşaçısız keçiriləcək, ya da ev sahibliyi ikinci yerin sahibinə ötürüləcək.
Qeyd edək ki, yarışmada İtaliya təmsilçisi Mahmud “Soldi” mahnısı ilə ikinci olmuşdu. Lakin İtaliya koronavirusa yoluxanlar və ölənlər sırasında lider ölkələrdəndir. Buna görə də, ev sahibinin neytral bir ölkə olması da müzakirə olunur.
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...
-
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
...
-
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
...