“Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə müraciət etdi

13:35 08-05-2020 | icon 2732
“Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə müraciət etdi

Son günlərdə istismarımızda olan müntəzəm və ekspress marşrut xətləri üzrə avtobuslarda sərnişinlərin əksəriyyətinin kəskin respirator virusun yayılmasına qarşı zəruri olan vasitələrdən istifadə etməmələri, sosial məsafəni qorumamaları müşahidə edilir.

Bu barədə “Xaliq Faiqoğlu” şirkətinin yaydığı məlumatda bildirilib.

Şirkət hər bir sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən qoruyucu maskadan istifadə etmələrini və sosial məsafə qaydalarına riayət etmələrini tövsiyə edib: “Unutmayın ki, yaşayış yerimizi tərk etməməklə, əks-epidemik tədbirlərlə bu virusun yayılmamasına töhfə verə və ölkəmizdə vəziyyətin tezliklə başa çatmasına nail ola bilərik.

Media nümayəndələrini ictimai nəqliyyatda davranış qaydalarının təbliğinə və virusun yayılmasına qarşı maarifləndirmə tədbirləri ilə bağlı işə dəstək vermələrini çağırırq.

Biz birlikdə güclüyük!”


Digər xəbərlər

0.25219416618347