Koronavirusa yoluxan xəstələrlə meyitlər bir yerdə saxlanılır - Xəstəxanadan dəhşətli VİDEO

01:05 09-05-2020 | icon 6611
Koronavirusa yoluxan xəstələrlə meyitlər bir yerdə saxlanılır - Xəstəxanadan dəhşətli VİDEO

Sosial şəbəkələrdə koronaviruslu xəstələrin ölülərlə bir yerdə saxlanıldığını əks etdirən dəhşətli kadrlar yayılıb.

Videonu Hindistanın Maharaştra ştatından deputat Niteş Reyn özünün “Twitter” hesabında yayımlayıb.

“Buna necə yol vermək olardı… Rüsvayçılıqdır!”, - deyə o, statusunda bildirib.

Hospitaldan isə bildiriblər ki, COVID-19-dan ölənlərin qohumları onları xəstəxanadan götürmürlər.

Son məlumatlara görə, Hindistanda 56 516 nəfər koronavirusa yoluxub. İndiyə qədər 1 895 ölüm faktı qeydə alınıb, 16 867 nəfər isə bu xəstəliyə qalib gəlib.  /Oxu.az


Digər xəbərlər

0.27466201782227