Azercell “Yeni Hər Yerə” tarifini təqdim edir!
Hər zaman abunəçilərini innovativ xidmətlər və yeni servislər ilə sevindirən “Azercell Telekom”MMC tarif portfelini növbəti dəfə genişləndirir.
Bu dəfə lider mobil operator əzizlərinizlə ünsiyyəti daha da əlçatan etməyi hədəfləyərək, mobil bazara “Yeni Hər Yerə” tarifini gətirir. Yeni tarif çərçivəsində Azercell-in Fakturalı xətt istifadəçilərinə ölkədaxili istənilən istiqamətdə vahid qiymətə danışmaq fürsətilə yanaşı, həmçinin hər ay 500 MB internet də verilir.
Beləliklə, may ayının 5-dən etibarən Fakturalı xətt abunəçiləri ayda cəmi 5 AZN ödəməklə 500 MB həcmində internet və ölkə daxilində bütün istiqamətlərə zəngin bir dəqiqəsinə 0.05 AZN ödəmək imkanı qazanır. Bu təkliflərdən yararlanmaq üçün Yeni açar sözünü 650 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında *750*5#yes kombinasiyasını yığmaq kifayətdir. Həmçinin “Yeni Hər Yerə” tarifini Azercell-in “Kabinetim” mobil tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.
“Yeni Hər Yerə” tarifi – rahat ödəniş, rahat ünsiyyət.
Tarif haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/postpaid/new_her_yere/ səhifəsinə keçid etməyiniz xahiş olunur.
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...