Azərbaycanda koronavirusla bağlı son statistika

23:55 17-05-2020 | icon 4190
Azərbaycanda koronavirusla bağlı son statistika

Bu gün Azərbaycanda koronavirusla bağlı 6072 test edilib.

Bu barədə TƏBİB-in açıqladığı statistik göstəricilərdə məlumat verilir. Bununla da ölkədə Covid-19 testlərinin sayı  232 min 77-yə çatıb. Ölkədə ümumilikdə 3274 nəfər koronavirusa yoluxub. 1220 nəfər aktiv xəstədir. 44 nəfər reanimasiyada, 25 nəfər süni tənəffüs aparatındadır.

 

İndiyədək 2015 nəfər koronavirusa qalib gəlib.

Qeyd edək ki, bu gün Azərbaycanda 136 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər isə dünyasını dəyişib. 71 nəfər sağalaraq evə buraxılıb.


Digər xəbərlər

0.27203106880188