“Səhiyyə sistemimizi yenidən qura bildik”
“Səhiyyə sistemimizi qısa müddət ərzində yenidən qura bildik”.
Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu məsələdə xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirir: “Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər. Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik”.
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...