Cavanşir Quliyev Aygünün 16 il öncəki səsyazısını yaydı
Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Xalq artisti Aygün Kazımovanın 16 il əvvəl lentə alınan səsyazısını ictimaiyyətə təqdim edib.
O, feysbuk sosial şəbəkəsində Xalq artisti Zülfiyyə Xanbabayevanın oxuduğu “Məni daha gözləmə” mahnısının Aygünün də repertuarında olduğunu bildirib.
“Mahnı 2004-cü ildən sandıqda idi. Düşündüm ki, üzə çıxmasının zamanı gəlib”,- deyə C. Quliyev söyləyib.
Bəstəkar daha sonra qeyd edib ki, sözügedən mahnı ilk dəfə İradə İbrahimova üçün yazılıb: “Əslində “Məni daha gözləmə” ilk dəfə İradə İbrahimova üçün bəstələnmişdi. Müxtəlif səbəblərdən alınmadı. Sonra Zülfiyyə oxudu, ardınca (Zülfiyyənin oxuması hələ efirə çıxmamış) Aygün də oxumaq istədi, icazə verdim. Amma şərtim var idi ki, efirə getməsin. Zülfiyyə mahnını efirdə çox oxuduğu üçün Aygünün səsini arxivimdə qorudum. Onların hər ikisini sevirəm və heç birinə zərər dəyməsini istəmirəm”.
Qeyd edək ki, sözügedən mahnının sözləri Kamal Abdullaya məxsusdur.
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...