Azərbaycan klubları “Turan Kuboku”nda çıxış edə bilər
Türkdilli ölkələrin futbol klubları arasında yeni turnir keçirilə bilər. Bu barədə məlumatı Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürkan Teoman yerli mətbuata açıqlamasında deyib.
Federasiya rəsmisi klubların “Turan Kuboku” adı altında keçiriləcək turnirdə oynaya biləcəyini qeyd edib. Teoman yarışın klublara maddi cəhətdən də kömək olacağını vurğulayıb: “Turnir çempionatlara mane olmayacaq. Həmçinin burada təcrübə artırmaq mümkün olar”.
Federasiya rəsmisi hesab edir ki, “Turan kuboku” klublara teleyayım və reklam gəlirləri də qazandıracaq.
“Turan kuboku”nda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər bir neçə türkdilli xalqların komandalarının iştirakı planlaşdırılır.
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...