“Az qala İlhamə Quliyevaya inanmışdım” - Brilliant
Xalq artisti Brilliant Dadaşova mərhum müğənni İlhamə Quliyeva barədə yazdığı şərhlə gündəmə gəlib. Sənətçi illər əvvəl Quliyevanın Xalq artisti Flora Kərimova ilə lentə alınan arxiv videosuna sərt rəy yazıb.
O, dünyasını dəyişən ifaçının Kərimovaya şər-böhtan atdığını bildirib: “Allaha and olsun ki, o, çox yalan, şər, böhtanı qorxmadan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb, qarnına balışı qoyurdu ki, guya hamilədi. Qızını o, doğmayıb. Flora xanımın qızı ona oxşamasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki, ağlıma gəlməzdi bir insan bu qədər şeytana qulluq edər. Bu söhbəti Floraya heç vaxt danışmamışam”.
Daha sonra F. Kərimova həmkarının şərhinin surətini öz instaqram səhifəsində paylaşaraq, B. Dadaşovanın da şərlərə məruz qaldığını vurğulayıb:
“Brilliant xanım, sizin başınız heç də az çəkmədi ondan. Nə birinci idiz, nə də sonuncu! İndi söz düşüb bəzilərinin dilinə -“sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Bəzən nəzərdən qaçırırlar ki, görünmək olmaq demək deyil!
Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq, qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardız”.
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...