Bu gün saat 11-dən 5-dək küçəyə çıxmamaq məsləhətdir
Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib.
İyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, aran bölgədə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir.
Havanın temperaturu bu gün Abşeron yarımadasında gecə 19-24, gündüz 35-40, Bakıda gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bununla bağlı əhaliyə müraciət edərək vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamağı tövsiyə edib:
“Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə baş örtüyündən və ya çətirdən istifadə edin, kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün və s”.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...