“Neftçi”nin futbolçusu “Qarabağ” formasıyla - Foto

22:33 15-06-2020 | icon 4821
“Neftçi”nin futbolçusu “Qarabağ” formasıyla - Foto

“Neftçi”nin hücumçusu Baqali Dabonun "Qarabağ"ın forması ilə fotosu yayılıb.

Şəkli fransalı hücumçunun xanımı Tuğba İnstaqram hesabında paylaşıb.

Fotonun yayılması Dabonun Ağdam klubuna keçəcəyi ilə bağlı söhbətlərin yaranmasına səbəb olub. Həmçinin, Dabonun "Neftçi"nin əzəli rəqiblərindən olan "Qarabağ"ın formasını geyinməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

 

Qeyd edək ki, "Neftçi" ilə müqaviləsi bu ayın sonu başa çatacaq futbolçunun "ağ-qaralar"dan ayrılacağı dəqiqdir. Onun Kiprin "Apollon" klubu ilə müqavilə bağlaması haqda xəbərlər yayılıb.

 

 


Digər xəbərlər

0.28780102729797