İsrail Prezidenti İlham Əliyevi ölkəsinə dəvət etdi
İsrail Prezidenti Reuven Rivlin Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrik mətnində deyilir:
“Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Ölkənizə və xalqınıza sülh, həmrəylik və firavanlıq arzulayıram.
Azərbaycan İsrailin mühüm və yaxın tərəfdaşıdır. Ölkələrimiz biznes, innovasiya, elm, təhsil, təhlükəsizlik, turizm, mədəniyyət və bir çox digər sahələrdə dinamik əməkdaşlıq edirlər. Azərbaycan və yəhudi xalqları arasındakı qardaşlıq münasibətləri, eləcə də dini tolerantlığın təbliği, nifrətin və antisemitizmin bütün təzahürlərinin pislənməsi istiqamətində xalqlarımızın birgə səyləri tərəfdaşlığımızın əsasını təşkil edir.
Koronavirus pandemiyasının yaratdığı fəsadları aradan qaldırmağa çalışdığımız dönəmdə İsrail bu amansız xəstəliyin müalicəsi və ona qarşı mübarizə yollarının tapılması istiqamətində Azərbaycanla birgə əməkdaşlığa sadiqdir. Sizə və Azərbaycan xalqına cansağlığı diləyirəm.
Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcəklər. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail Dövlətinə tarixi səfərə dəvət edirəm. Eyni zamanda, Azərbaycan Respublikasının yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbdən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...
-
İlham Əliyev Paşinyanla görüşdü
...
-
Siyasi luzerə cavab
...
-
Əli Əsədovun Baş nazir təyin edilməsinə belə razılıq verilib - Video
...
-
Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
...
-
Prezident Əli Əsədovu Baş nazir təyin etdi - Sərəncam
...
-
Yeni Baş nazir kim olacaq? - Bu gün iclasdır
...
-
Mehriban Əliyevadan atasına yubiley təbriki
...