Süleyman Mikayılov tibb işçilərini təbrik etdi - Fotolar
Qaradağ Rayon İcra Hakimiyyətində 17 iyun – Tibb işçilərinin peşə bayramı günü münasibətilə videokonfrans keçirilib.
Videokonfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra hakimiyyətinin əməkdaşları və həkimlər iştirak edib.
Videokonfransı S. Mikayılov açıb və tədbirdə iştirak edən, rayonda səhiyyə sahəsində çalışan hər kəsi Tibb işçiləri günü münasibətilə təbrik edib, COVID-19-la mübarizədə dünyasını dəyişmiş tibb işçilərinin xatirəsi 1 dəqiqə sükutla qeyd edib.
İcra başçısı qeyd edib ki, COVID-19-la mübarizədə rayonun tibb işçiləri də fədakarlıq göstərir. Əfsuslar olsun ki, onlarla həkim, tibb bacısı və digər tibb işçiləri bu xəstəliyə yoluxub, bir tibb işçisi dünyasını dəyişib.
S.Mikayılov qeyd edib ki, Qaradağ rayonunda COVID-19-la mübarizə üçün 17 saylı BŞX ayrılıb.
Sonda icra başçısı bu şərəfli işdə əməyi olan hər bir səhiyyə işçisinə cansağlığı və peşə uğurları arzulayıb. Səhiyyə sahəsində əməkdə fərqlənən tibb işçilərinin Fəxri Fərmanla təltif olunması barədə sərəncam səslənib.
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...