“Arzumuz odur ki, biz də rahat nəfəs ala bilək” - Ramin Bayramlı
"Ötən həftəsonu qadağasının şamil olunduğu rayonlarda vəziyyət stabil olmasaydı, onları da əlavə edəcəkdik".
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Qurum rəhbəri bildirib ki, sarı bölgədə vəziyyət stabildir:
"İnsanlar kənd təsərrüafatı, əkinçiliklə məşğul ola bilərlər. Hətta çox azalan bölgələrimiz də var. Onları da yaşıl bölgəyə əlavə etmək olar. Arzumuz budur ki, bütün rayonlar ora düşsün, karantin rejimindən çıxacaq. Kim istəyir ki, karantin rejimi olsun? Bunu müxtəlif isiqamətlərə yozurlar, müxtəlif aqressiyalarla üzləşirik. Amma biz həkimik. Bizim borcumuz bu sahədə vətəndaşlara xidmət etməkdir. Arzumuz odur ki, biz də rahat nəfəs ala bilək. Bunu həkimlərin adından deyirəm. İnanın elə xəstəxanalarımız var ki, palataların hamısında kondisioner nəzərdə tutulmayıb. Düşünün, o palatalarda kombinezonlarda xidmət göstərmək nə qədər çətindir.
Bircə şeyi bilmək lazımdır, maska istifadə etsək, əlimizi təmiz saxlasaq, sosial məsafəyə əməl etsək, normal həyata dönəcəyik. Əgər buna əməl etsək, say ciddi şəkildə düşəcək".
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...