Milli Məclisin sabahkı iclası təxirə salındı

12:37 22-06-2020 | icon 3182
Milli Məclisin sabahkı iclası təxirə salındı

Milli Məclisin sabah keçiriləcək plenar iclası təxirə salınıb. 

Buna səbəb deputatların bir neçəsində koronavirus testinin nəticəsinin pozitiv çıxmasıdır. 

Növbəti iclasın vaxtı barədə məlumat veriləcək. 

 

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə isə iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclasları sərt karantin rejimi dövründə təxirə salına bilər.


Digər xəbərlər

0.23776006698608