Moskvadakı parada Zakir Həsənov gedir

12:37 22-06-2020 | icon 2392
Moskvadakı parada Zakir Həsənov gedir

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

 

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.


Digər xəbərlər

0.55652618408203