Koronavirusa yoluxan jurnalist bacı-qardaşdan xəbər var

16:30 24-06-2020 | icon 2766
Koronavirusa yoluxan jurnalist bacı-qardaşdan xəbər var

“Məni, bacımı və həyat yoldaşımı aldatdılar ki, sizi xəstəxanaya aparırıq. Təcili yardım maşını bizi Atletlər Kəndindəki karantinə yerləşdirib qaçdı”. 

Bu barədə məlumatı “Cümhuriyyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla sosial şəbəkədə paylaşıb. Bildirib ki, karantinə yerləşdirildikdən sonra onlara TƏBİB-in icazəsi olmadan buraxılmayacaqları bildirilib: “Burada nə həkim var, nə də dərman. Şəxsiyyət vəsiqələrimizi alıb çıxmağa icazə vermirlər. Vəziyyətimiz isə getdikcə ağırlaşır”. 

Məsələ ilə əlaqədar qəzetin baş redaktoru Rəfail Becanov məlumat yayaraq TƏBİB-lə əlaqə saxlanıldığını və məsələnin araşdırıldığını bildirib: “Bizə lazımi tədbirlərin görüldüyü deyildi. Məsələnin şəxsən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının nəzarətində olduğu bildirildi”. 

 

M. Abdulla isə bildirib ki, həkimlər gəlib onların şikayətlərilə maraqlanıb.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva da “Qafqazinfo”ya açıqlamasında məsələnin nəzarətə götürüldüyünü söyləyib.

Qeyd edək ki, M. Abdullanın virusa yoluxan bacısı da jurnalistdir. O, “Palitra” qəzetinin əməkdaşı, “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayevadır.

***

Koronavirusa yoluxmuş bacı-qardaş jurnalistlər Nigar Abdullayeva, Müşfiq Abdulla, habelə onun həyat yoldaşı 1 saylı Klinik Mərkəzə (Semaşko) köçürülüb.


Digər xəbərlər

0.28685307502747