“Rahat” marketin işçiləri arasında dava - Biri bıçaqlanıb
Bakıda yerləşən “Rahat” supermarket şəbəkəsinin filiallarından birinin işçiləri arasında dava düşüb.
Hadisə bu ilin martın 31-i gecə saat 23 radələrində baş verib. “Metropark” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Rahat” supermarketin işçiləri həmin TM-in arxa hissəsində mübahisə ediblər. Onlardan biri, İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevi bıçaqlayaraq xəsarət yetirib.
Həmin zaman faktla bağlı Cinayət Məcəlləsinin 128.1-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İyunun 24-də cinayəti törətməkdə şübhəli bilinən İsmayıl Kərimli tutulub. Cinayət işi Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hazırda Narimanov RPİ-də istintaq davam etdirilir.
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...