“Hansı qapıya gedirsən pul istəyirlər” – Jurnalistdən Gömrük Komitəsinə ittiham
Dövlət Gömrük Komitəsi Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəylini ABŞ-ı aldatmaqda ittiham edir.
Bu barədə jurnalistin özü məlumat verib. Şəfayət Avılbəylinin sözlərinə görə, ABŞ-da hərracdan avtomobil alıb. Jurnalist maşını 2500 dollara aldığı halda DGK özü avtomobili qiymətləndirib.
“Bütün sənədləri təqdim etmişəm. Hər şey qaydasında olduğu halda mənə deyirlər ki, sən Amerikanı aldatmısan, bu avtomobilin qiyməti 5300 dollardır. Deyirəm axı mən Amerikanı necə aldada bilərəm? Hansı qanunsuzluq var sənədlərdə? Bunlar elə bilirlər ki, ABŞ-da da hərraclar Azərbaycanda kimi keçirilir. İzah etməyə çalışdım ki, orada hər hansı formada qanun pozuntusuna yol verə bilmərsən. Xeyri olmadı”, - deyə jurnalist bildirib.
Şəfayət Avılbəyli qeyd edib ki, gömrükdə müxtəlif bəhanələrlə vətəndaşdan pul qoparırılar. “Hansı qapıya gedirsən pul istəyirlər. Saxta qəbzlər verirlər. Aydın şəkildə görünür ki, vətəndaşlardan yığılan pullar büdcəyə yox, ciblərə gedir. Heç nədən və heç kimdən çəkinmirlər. Nə harasa şikayət edəcəyindən, nə də məsələni ictimailəşdirəcəyindən ehtiyat edirlər. Bir sözlə, o boyda dövlət qurumunu bazara döndərdiblər. Hətta burada maşını qapıdan çıxaranda belə, adamdan pul istəyirlər.
Görünür, bu qədər həbslər, Prezidentin xəbərdarlıqları bu adamlara kar etmir”.(yenisabah)
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Mayın ilk gününün havası
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...