Prezident Putinə zəng etdi
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlət başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək.
Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...