Sabaha olan hava proqnozu

15:01 02-07-2020 | icon 1948
Sabaha olan hava proqnozu

3 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.  

 

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22,Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb  rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyulun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti və  iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Digər xəbərlər

0.2515230178833