"Hell", "Red Bull" və "Bizon" koronavirus təhlükəsini artırır" - Baş infeksionist həyəcan TƏBİLİ ÇALDI
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev enerji içkiləri ilə bağlı həyacan təbili çalıb.
O, açıqlamasında bildirib ki, sözü gedən içkilərin ölüm riski var.
Onun sözlərinə görə, koronavirusun tüğyan etdiyi bu vaxtda enerji içkilərinin qəbulu daha ağır fəsadlar törədə bilər.
"Red Bull, Bizon, Hell" kimi enerji içkiləri çox ziyanlıdır. Hər zaman deyilib və indi də deyilir ki, insanlar bu içkilərdən qaçmalıdırlar".
Baş infeksionist enerji içkilərinin insan orqanizmini zəiflətdiyini, immuniteti aşağı saldığını və asılılıq yaratdığını da vurğulayıb.
"Bu içkilərin fəsadlarından biri də insanda immun sistemini darmadağın etməsidir. Bundan başqa onlar insanda psixoloji asılılıq yaradır. Xüsusən də bu cavanlar üçün dəhşətli vəziyyət, asılılıq yaradır. Bu da onun tərkibində olan yüksək dərəcədə kofeinin olmasından qaynaqlanır. Bu çox ciddi bir haldır. Çox miqdarda kofein, xüsusilə də, hipertansiyon, ürək qeyri-kafiliyi, ritm pozuqluğu kimi xəstəlikləri olanlarda ürək və yüksək təzyiq kimi fəsadlar törədə bilir".
Cəlal İsayev immun sisteminin gücləndirmək üçün təbii şirələrin qəbulunun vacibliyindən də söz açıb:
"Hazırda meyvənin bol vaxtıdır. Tövsiyyə edirəm ki, insanlar bu meyvələrdən bol-bol istifadə etsinlər. Təzə meyvələrdən təbii şirələr çəkib, qəbul etsinlər. Bundan başqa bu meyvələrdən kompotlar hazırlasınlar. Mağazalarda satılan hazır şirələrdən də istifadə etməsinlər".(olke.az)
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...