Süleyman Mikayılovun iştirakı ilə reyd keçirildi - Foto

19:13 03-07-2020 | icon 2679
Süleyman Mikayılovun iştirakı ilə reyd keçirildi - Foto

2 və 3 iyul tarixlərində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar olaraq rayonun müxtəlif ərazilərində olub.

Rayonun Lökbatan və Sahil qəsəbələrində piyada gəzən Rayon İcra Hakimiyyətinin başçısı küçə və meydanlarda, bankın qarşısında, marketlərdə olub vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanıb.

İcra başçısı tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.

Reyd 30-ə yaxın iaşə və ticarət obyektərini əhatə edib, karantin qaydalarına riayət olunmasına, əlcək və maskalardan istifadə edilməsinə diqqət yetirilməsinin vacibliyi barədə vətəndaşlara və obyekt sahiblərinə məlumat verilib.

Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanıb.

Qeyd edək ki, belə reydlər rayonda mütəmadi olaraq davam etdiriləcəkdir.

 






Digər xəbərlər

0.25526595115662