Mehman və Emin Hüseynov qardaşları ilə bağlı sensasion xəbər
Hazırda xaricdə yaşayan tanınmış bloggerlər – Mehman və Emin Hüseynov qardaşlarıyla bağlı sensasion fakt aşkarlanıb.
“1news.az” saytı bloggerlərin 2018-ci ilin 06 avqustunda dünyasını dəyişmiş mərhum anaları Firəngiz Hüseynovanın sənədlərinin dəyişdirilərək, milliyyətinin gizlədildiyi haqda iddia irəli sürüb və bu barədə əldə etdikləri sənədlərin surətini yayıb.
Sənədlərdən aydın olur ki, Hüseynov qardaşlarının anası Firəngiz İbrahim qızı Hüseynovanın qızlıq soyadı Bədir-zadə olub və o, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulina (milliyətcə krım tatarı) tərəfindən övladlığa götürülüb.
Arxiv sənədlərinin yoxlanılması zamanı aydınlaşıb ki, Hüseynov qardaşlarının anası əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıyıb.
Belə ki, doğum haqqında şəhadətnamədə erməni “Arfeniya Sergeyevna Ovanesova” onun anası olaraq göstərilib.
Daha dəqiq ifadə etsək, Yevgeniya Ovanesova yuxarıda göstərilən İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb və keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək, Bədir-zadə ilə əvəzlənib.
1967-ci ildə – 20 yaşı olanda Yevgeniya, Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində, qeyd edildiyi kimi, adını “Firəngiz” olaraq dəyişdirib.
Qeyd edək ki, Hüseynov qardaşları indiyədək hakimiyyətdə çoxlarını ermənimənşəlilikdə ittiham etsələr də, öz analarının mənşəcə erməni olduğu və sənədlərinin dəyişdirildiyi barədə cəmiyyətə heç nə deməyiblər. Üstəlik, məsələnin daha bir maraqlı tərəfi odur ki, Emin və Mehman Hüseynovların bir başqa qardaşları da uzun illər Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub.
Sənədlərin surətini təqdim edirik:
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...