PFL “Neftçi” və “Keşlə”ni mükafatlandırdı

17:38 08-07-2020 | icon 2946
PFL “Neftçi” və “Keşlə”ni mükafatlandırdı

Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün gümüş və bürünc medalları Peşəkar Futbol Liqası tərəfindən müvafiq olaraq “Neftçi” və “Keşlə” klublarına təqdim olunub. 

Covid-19 pandemiyası səbəbindən kütləvi keçirilməyən tədbirlərdə medallar klubların bazalarında təqdim edilib. 

 

Bundan əlavə, “Neftçi”nin heyətində mövsümün bombardirlərindən olmuş Baqali Dabo və Stiven Monrozun mükafatı “Neftçi” klubuna, “Sumqayıt”ın heyətində bombardir olmuş Peyman Babayinin mükafatı “Sumqayıt” klubuna verilib. 

Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq.


Digər xəbərlər

0.29178309440613