Zakir Həsənovun müavini işdən çıxarıldı - Yeni təyinat

13:38 09-07-2020 | icon 3078
Zakir Həsənovun müavini işdən çıxarıldı - Yeni təyinat

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

 

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.


Digər xəbərlər

0.21721196174622