Ermənistan 10 hərbçisinin yaralandığını açıqladı

14:26 15-07-2020 | icon 2033
Ermənistan 10 hərbçisinin yaralandığını açıqladı

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlər zamanı 10 erməni hərbçisi yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib. O bildirib ki, hərbçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

On hərbçidən birinin vəziyyəti ağır, beşinin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinin isə yüngül xəsarətlər aldığı bildirilib.


Digər xəbərlər

0.2608950138092