Elmar Məmmədyarov istefa verdi: Yeni nazirin adı bilindi

13:08 16-07-2020 | icon 3807
Elmar Məmmədyarov istefa verdi: Yeni nazirin adı bilindi

Xarici İşlər Naziri Elmar Məmmədyarov istefa verib.

Bu barədə özəl mənbələrinə istinadla "yeniavaz.com" saytı məlumat yayıb.

Saytın yazdığına görə, Xarici İşlər Nazirliyinin rəhbəri artıq istefa ərizəsini təqdim edib: "Artıq nazir postuna yeni təyinat olub. XİN-nin yeni rəhbəri Təhsil naziri Ceyhun Bayramovdur. Məlumat hələ ki, rəsmi təsdiqlənməyib. Prezidentin Ceyhun Bayramovu qəbul etdiyi bildirilir".

Qeyd edək ki, ötən gecə nazirlərlə keçirilən onlayn toplantıda Prezident İlham Əliyev Elmar Məmmədyarovu tənqid etmiş və həssas məqamda onu postunun başında olmadığını qeyd etmişdi.


Digər xəbərlər

0.23951482772827