“Lazım olan anda düşmənin hər bir təxribatına cavab verilir ”

16:30 16-07-2020 | icon 3207
“Lazım olan anda düşmənin hər bir təxribatına cavab verilir ”

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət sərhədindən hücum edən Ermənistanın cavabının Dağlıq Qarabağdakı təmas xəttindən verilməməsi ilə bağlı sualı cavablandırıb.

H. Hacıyev brifinqdə bildirib ki, bununla bağlı Ali Baş Komandan hökumətin iclasında ətraflı şəkildə izah verib: “Hərbi reallıqların öz tələbləri və şərtləri var. Lazım olan anda düşmənin hər bir təxribatına cavab verilir. Hər bir Azərbaycan vətəndaşı da əmin olsun ki, Azərbaycan Respublikası bütün imkanlarından, BMT nizamnaməsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək öz ərazilərini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün lazım olan anda bütün lazımi tədbirləri görməyə hazırdır”.


Digər xəbərlər

0.30105996131897