“Ceyhun Bayramova uğurlar diləyirəm” - Elmar Məmmədyarov
Prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov Gununsesi.org-a qısa müsahibə verib.
Sabiq nazirlə qısa söhbəti təqdim edirik:
- Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?
- Gələcək planınız nədir?
- Mən cəmi iki gündür ki, xarici işlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.
- ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?
- Dedim axı, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam bunu biləcəksiniz.
- Yeni XİN rəhbəri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var.
- Mən elə sizin sayt vasitəsilə Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız daha yaxşı olardı.
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...