“Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir
Koronavirus (COVID-19) infeksiyası ölkəmizdə yayılmağa başladığı andan dövlətin virusla mübarizəsində aktiv iştirak edən “Nar”, həkimlərə növbəti dəfə dəstək olub.
"Nar"ın Mətbuat Xidmətindən verilən məlumata görə, Belə ki, mobil operator virusa yoluxmuş insanların müalicəsi üçün çalışan və koronavirusun yayılmasının qarşısının alınmasın üçün əlindən gələni edən tibb personalını yenidən pulsuz rabitə ilə təmin edib. “Nar” Səhiyyə Nazirliyi ilə bərabər koronavirusla mübarizəyə qoşulmuş bir sıra xəstəxanaların və poliklinikaların həkimlərinin “Nar” nömrələrinin balansını artırıb. Məqsəd həkimlərin “COVID-19” infeksiyasına yoluxmuş şəxslərlə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.
Xatırladaq ki, mobil operator bundan əvvəl də koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin etmişdi. “Nar” TƏBİB ilə birgə karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində “Nar” ödəmə kartları paylamışdı.
Qeyd edək ki, “Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...