Qurban Qurbanovdan “Qarabağ“a jest - Maaşından imtina etdi 

22:30 20-07-2020 | icon 3511
Qurban Qurbanovdan “Qarabağ“a jest - Maaşından imtina etdi 

Qurban Qurbanov «Qarabağ» rəhbərliyinə jest edib.

 

Baş məşqçi maaşının azaldılmasını xahiş eləyib.

O, «Azərsun»un sponsorunun koronavirus pandemiyası səbəbindən maliyyə sıxıntısı çəkməsinə görərək, bu addımı atıb və aylıq əməkhaqqısının önəmli bir hissəsini kluba bağışlayıb,

Sportinfonun yazdığına görə, 13 ildir «Qarabağ»da işləyən Qurbanov gələn ilin yayınadək həmişəkindən xeyli az məvacib alacaq. Onun «Hatayspor»dan gələn iəklifi geri çevirməsinin gerçək səbəblərindən biri də budur.

Tanınmış mütəxəssis hazırkı vəziyyətdə Ağdam təmsilçisini Super Liqa klubuna dəyişməyi özünə yaraşdırmayıb. Və özü də maddi yöndə «Qarabağ» rəhbərliyinə dəstəyini bu cür göstərib.


Digər xəbərlər

0.20228791236877