“Əminik ki, sizin rəhbərliyinizlə torpaqlarımız qısa müddətdə işğaldan azad ediləcək”

09:36 21-07-2020 | icon 3176
“Əminik ki, sizin rəhbərliyinizlə torpaqlarımız qısa müddətdə işğaldan azad ediləcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

Prezident saytına istinadla həmin məktubların bir neçəsini təqdim edirik.

Tərtər rayonundan Svetlana Əzizova yazır: “Möhtərəm cənab Prezident, biz Tərtər rayonunda düşmənlə təmas xəttində yaşayırıq. Tərtər rayonunda elə bir küçə, elə bir ev yoxdur ki, oradan Vətənin müdafiəsinə oğul yola salınmasın. Ərazi bütövlüyümüz uğrunda şəhidlərimiz də var. Qazilərimiz də müharibənin hər ağrı-acısını yaşayıblar. Döyüş görmüş insanlarıq. Nankor qonşularımız yaşayış məntəqələrimizi həmişə atəşə tutub, evlərimiz dağılıb, amma bir qarış da torpaq verməmişik. Tərtər düşmənə həmişə göz dağı olub. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi təxribatlara Sizin rəhbərliyinizlə tutarlı cavablar verildi. Biz tərtərlilər Sizi, ordumuzu dəstəkləyir, qürur duyuruq. Allah ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Məkrli qonşularımız öz məğlubiyyətlərini görüb yeni təxribatlara əl atırlar. Düşmən əsgəri səngərdən, döyüşdən qaçır. Bizim oğullarımız isə döyüşə getmək üçün könüllü olaraq müraciət edirlər. İstər əhalinin, istər ordunun əhval-ruhiyyəsi yüksəkdir. Çünki Prezidentimiz, Ali Baş Komandanımız xalqla birgə, generallarımız ön cəbhədə əsgərlərlə birlikdədir. Biz qələbəyə, Ali Baş Komandana, Azərbaycanın güclü və nizamlı ordusuna inanırıq. Tanrı Sizi və xalqımızı qorusun!”.

 

İmişli rayonundan İsmayıl Mehrəliyev: “Hörmətli cənab Prezident, məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuz vaxtında və layiqli cavab verərək düşməni böyük itkilərlə geri çəkilməyə məcbur edib. Azərbaycan Ordusu düşmənin istənilən hücumuna cavab verə biləcək gücdə olduğunu bir daha sübut etdi. Bildirmək istəyirəm ki, hər zaman Sizin siyasətinizi dəstəkləyirik və əmrinizi gözləyirik. Cənab Prezident, Sizin rəhbərliyinizlə ordu quruculuğunda aparılmış böyük islahatların nəticəsidir ki, bu gün hər bir Azərbaycan vətəndaşının qürur duyduğu ordusu var və buna görə bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması naminə canından keçmiş bütün əsgər və zabitlərimizin qisasının alınacağına əminəm. Azərbaycan Respublikasının vətəndaşı və əsgər kimi Sizin müvafiq göstərişinizlə Vətənin müdafiəsinə hər zaman hazıram”.

Lerik şəhərindən Bahar Mürsəliyeva: “Hörmətli cənab Prezident, biz daim Sizinləyik. Sizə - Ali Baş Komandanımıza inanırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız uğurlu siyasəti bəyənir və dəstəkləyirik. Siz ordu quruculuğuna hər zaman böyük diqqət və qayğı göstərmisiniz. Əminəm ki, Sizin rəhbərliyinizlə torpaqlarımız qısa müddətdə işğaldan azad ediləcək”.

Biləsuvar rayonunun Günəşli kəndindən Elvin Əlizadə: “Hörmətli cənab Ali Baş Komandan, biz Biləsuvar gəncləri daim Sizinləyik. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin qısası alınacaq. Azərbaycan əsgərinin zəfərinə zərrə qədər şübhəmiz yoxdur. Bu inam Sizə, Azərbaycan əsgərinə, Azərbaycan Ordusunun qüdrətinə inamdır. Gənclər adından Sizin bütün qərarlarınızı dəstəklədiyimizi bildirir, əmrlərinizi gözləyirik”.

Bakı şəhərinin Yasamal rayonundan Günel İmanovanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, mən fizika üzrə fəlsəfə doktoru, gənc aliməm. Hər zaman olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Koronavirus pandemiyası bütün dünyada çox sayda problemlərə səbəb olub. Amma bu sahədə zəhmət çəkən, əziyyəti olan insanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi yalnız Azərbaycana aiddir. Buna görə Sizə təşəkkür edirik. Ən çətin məqamlarda, hər zaman hər bir vətəndaşın yanında olduğunuzu verdiyiniz qərarlarla sübut edirsiniz. Bu çətin günlərdə bunu bir daha göstərmiş oldunuz. Hörmətli Prezident, Sizin tapşırığınızla dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ehtiyacı olanlara maddi dəstək göstərilir. Mən bir vətəndaş, bir gənc alim kimi xalqa olan yüksək qayğınız üçün Sizə minnətdaram. Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür. Sizin gənclərə inanıb onları yüksək vəzifələrə layiq görməyiniz bizi çox qürurlandırır və bizə olan qayğınız bizim özümüzə inamımızı daha da artırır. Mən bir gənc alim olaraq çox sevinirəm ki, Azərbaycan Respublikasına Sizin kimi müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Mən Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Allah Sizi qorusun!”.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Fərman Məmmədov: “Hörmətli cənab Prezident, mənim 86 yaşım var. Erməni vandallarının Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribat hamı kimi məni də hiddətləndirdi. Lakin ordumuzun layiqli cavabı məni və milyonlarla azərbaycanlını bir o qədər də qürurlandırdı. Mən hər zaman ordumuza mənəvi dəstək olmağa hazıram. Ölkəmizdə olan birliyə, ruh yüksəkliyinə görə isə Sizə ayrıca minnətdarlığımı bildirirəm. Var olun, cənab Prezident!”.

Biləsuvar rayonundan Aqil Bəşirov: “Hörmətli cənab Prezident, son günlər cəbhə xəttində baş verən hadisələrdə Azərbaycan Ordusu təxribatçı düşmənə layiqli cavab verməklə ordumuzun nəyə qadir olduğunu bir daha dünyaya sübut etmiş oldu. Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Baş vermiş hadisələr, qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmiş oldu. Ordumuzun bugünkü uğuru Sizin hər zaman ordu quruculuğuna böyük diqqət və qayğı göstərməyinizin bariz nümunəsidir. Biz Sizə hər zaman inanmışıq və bu gün də inanırıq. İnanırıq ki, rəhbərliyiniz və uzaqgörən siyasətinizlə Vətənimizin ərazi bütövlüyü tez bir zamanda bərpa olunacaq. Cənab Ali Baş Komandan, Sizin xarici və daxili siyasətinizi bəyənirik və biz biləsuvarlılar hər zaman yanınızda bir yumruq kimi birləşirik. Sizi əmin edirik ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda hər an ön cəbhədə döyüşməyə hazırıq. Ordumuzla və Sizinlə qürur duyuruq”.


Digər xəbərlər

0.20150685310364