Millət vəkili jurnalistləri təbrik etdi - FOTO  

10:45 22-07-2020 | icon 3008
Millət vəkili jurnalistləri təbrik etdi - FOTO  

Millət vəkili Ülvi Quliyev Milli Mətbuat günü ilə bağlı jurnalistlərə təbrik ünvanlayıb.

"Azeripress.az" millət vəkilinin sosial şəbəkə hesabında yazdığı təbriki təqdim edir:

"Bu günədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalistlər hər gün ölkə ictimaiyyətinin rifahı naminə yorulmadan çalışırlar. Bu əlamətdar gün münasibətilə mətbuat nümayəndələrini təbrik edir və onlara öz işlərində uğurlar diləyirəm."

 


Digər xəbərlər

0.21249103546143