Rasim Balayevin səhhəti yenidən pisləşdi - Türkiyəyə getdi

23:57 23-07-2020 | icon 3486
Rasim Balayevin səhhəti yenidən pisləşdi - Türkiyəyə getdi

Bir müddət öncə Türkiyədə boynundan ağır əməliyyat keçirən Xalq artisti Rasim Balayevin səhhəti hələ ki, tam düzəlməyib.  

Moderator.az-ın əməkdaşı R.Balayevlə əlaqə saxlayıb və o, hazırda Türkiyədə müayinə olunduğunu, ayın sonu vətənə qayıdacağını bildirib:

“Ötən dəfə Türkiyədə boynumdan keçirdiyim ağır əməliyyata görə ağrıların olduğunu demişdim. Əməliyyatdan sonra Azərbaycana qayıtdım və sonra ağrılar başladı. Bu dəfə yenidən Türkiyəyə gəldim və hazırda müayinə olunuram. Həkimlər əməliyyatdan sonra başlayan ağrıların səbəbini araşdırırlar. İnşallah, hər şey yaxşı olsun və iyulun 28-də vətənə qayıdacam”.


Digər xəbərlər

0.20901083946228