Şəhid mayorun “Kapital Bank”a 12 min borcu var
Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun "Kapital Bank"a 12 min manat kredit borcu var. Mərhum mənzil almaq üçün kredit götürsə də, sonradan aldadılıb.
Bu barədə Unikal.org-a Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı məlumat verib. O, bildirib ki, Anar Novruzov şəhid olmazdan öncə onun hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə imzalanıb:
"Şəhid Anar Novruzov bir nəfər hərbçiyə mənzil almaq üçün 11 min 850 manat pul ödəyib. Sonradan mənzil ona verilməmişdi. O, da Sumqayıt Hərbi Prokurorluğuna müraciət etmiş, işdə cinayət tərkibi olmadığı üçün xitam verilmişdi. A.Novruzova bildirilmişdi ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etsin. Birinci instansiya məhkəməsi A.Novruzovun prosesdə iştirak etmədiyinə görə, onun əlehinə qərar çıxarmışdı. Sonra yanıma gəlib, qərarı mənə verdi. Biz Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etdik. Hazırlaşıram ki, A.Novruzovun vərəsəsi ilə, lazımi sənədləri hazırlayaq. Məhkəmədə onun hüquqlarını tam müdafiə edəcəm. Ailəsindən mənə verilən məlumata görə, şəhid ödədiyi 11 min 850 manatı "Kapital Bank"dan kredit götürüb".
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...