Səhv göndərilən cavablar yoluxma sayına necə təsir edib?
Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta baş verdiyini açıqlayıb. Qeyd olunub ki, yanlış göndərilmiş test nəticələri ilə bağlı SMS-lər bu gündən başlayaraq yeniləri ilə əvəzlənəcək.
Bu zaman vətəndaşlarda sözügedən tarixlərdə açıqlanmış virusa yoluxanlarla bağlı statistikasının yanlış olması ilə bağlı fikir formalaşıb.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu xəta günlük statistikaya təsir etməyib: “Vətəndaşlara göndərilən SMS-lərdə baş verən xətanın günlük açıqlanan statistikaya və ya e-TƏBİB sistminə heç bir aidiyyatı yoxdur. Səhv ancaq göndərilən SMS-lərdə olub”.
Qurum rəsmisi onu da qeyd edib ki, günlük statistikanı Operativ Qəraragaha TƏBİB yox, Tibbi Qərargah göndərir:
“Burada da biz daxil olmaqla bir çox qurumun əməkdaşı yer alıb. Son nəticə isə Operativ Qərargah tərəfindən yayılır. TƏBİB tibb müəssisələrində xəstələrin müalicə işinin təşkili ilə məşğuldur. Bizim İT şöbəmiz yoxdur”.
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...